Haqqımızda
Elm və Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsi (bundan sonra «Komitə» adlanacaq) Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatı olaraq, öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərinin müdafiəçisidir.
Komitə 1992-ci il tarixindən öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa, həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan qanunvericilik aktlarına, öz Nizamnaməsinə, Elm və Təhsil Nazirliyi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2 ildən bir bağlanan Kollektiv Saziş və Kollektiv Müqaviləyə əsasən həyata keçirir.

İttifaqın struktur genişliyi və üzv sayı
Komitə 421 üzvün fəaliyyətini özündə birləşdirir.
Elm və Təhsil Nazirliyinin Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə Elmi-Tədqiqat Laboratoriyası, Elm və Təhsil Nazirliyinin Xarici tələbələrlə, doktorantlarla və stajkeçənlərlə iş üzrə Şura Katibli və Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Elm və Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinə üzv təşkilatlardır.
Komitənin fəaliyyət istiqamətləri:


