“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETN əməkdaşlarının iştirakı ilə komanda quruculuğu tədbiri keçirilib

News Image

ETN əməkdaşlarının iştirakı ilə komanda quruculuğu tədbiri keçirilib

18-19 aprel tarixində Elm və Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə nazirliyin əməkdaşları üçün komanda quruculuğu tədbiri təşkil edilmişdir.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində olan Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində keçirilən tədbirin proqramına uyğun olaraq açıq havada komanda quruculuğu oyunları və konsert proqramı təşkil olunmuşdur.


Tədbirin məqsədi əməkdaşlar arasında komanda birliyi yaratmaq, işçilərin istirahət və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olmuşdur.

ETN əməkdaşlarının iştirakı ilə komanda quruculuğu tədbir keçirilib

News Image

ETN əməkdaşlarının iştirakı ilə komanda quruculuğu tədbir keçirilib

17 may tarixində Elm və Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə nazirliyin əməkdaşları üçün komanda quruculuğu tədbiri təşkil edilmişdir.

 

“Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris-idman bazasında keçirilən tədbirin proqramına uyğun olaraq stolüstü tennis, badminton, voleybol, basketbol, futbol, estafet idman növləri üzrə yarış və intellektual oyunlar təşkil olunmuşdur.

 

Tədbirin məqsədi əməkdaşlar arasında komanda birliyi yaratmaq, işçilərin istirahət və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olmuşdur.